2026-cı il mayın 16-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Gənc QHT Liderlərinin Forumu keçirilib. Forumda BMT-nin Məskunlaşma Proqramının nümayəndəsi Məleykə Tağızadə “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən tədbirlər barədə məlumat verərək iştirakçıları WUF13 tədbirlərində fəal iştirak etməyə çağırıb.
Azərbaycandan “Gənclərin Beynəlxalq Dialoq Platforması” İcitmai Birliyinin sədri Əli Tağıyevin moderatorluğu ilə keçirilən forumda spikerlər Türkiyənin Dünya Türk Gəncləri Birliyinin sədri Ersin Güzel, Özbəkistanın “Yüksəliş” Hərəkatının regional bölmələrinin rəhbəri Javoxir Muxitdinov, Qazaxıstanın BMT Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzə Beynəlxalq Könüllülər İli Regional koordinatoru Zarina Mirabdullayeva, Qırğızıstanın Vətəndaş İdeyaları Fondunun direktoru Nazgul Zoldoşova, Türkmənistandan Mərkəzi Asiya üzrə Regional Ekoloji Mərkəzin (CAREC) nümayəndəsi Orazgul İsgenderova, ŞKTC-nin Şimali Kipr Gənc İş Adamları Dərnəyinin sədri Yusuf Tekinay, Macarıstanın Lüdovika Dövlət Xidməti Universitetinin baş məsləhətçisi, ictimai fəal David Biro olub.




























