2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun açılış mərasimi TDT ölkələrindən musiqilərindən ibarət “Birlik kompozisiyası” ilə başa çatıb. Musiqili kompozisiya türk xalqlarının ortaq mədəni irsini, mənəvi bağlılığını və həmrəyliyini əks etdirərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

















