2026-cı il mayın 8-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib.











