2026-cı il mayın 19-da “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Uşaq və şəhər" adlı panel müzakirəsi keçirilib. Panel fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların inklüziv şəhər anlayışının əhəmiyyəti ilə bağlı fikir, hiss və şəxsi təcrübələrinin ifadə etdildiyi, onların gündəlik həyatda qarşılaşdıqları çətinlikləri, ehtiyaclarını və arzularını bölüşdüyü canlı bir platformaya çevrilib.