2026-cı il mayın 11-12-də WUF13 Tələbə Forumu keçiriləcək. Bu barədə “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Nemət Rzayev açıqlama verib. “Azərbaycan Şəhərsalma Kampaniyası” (AUC2026) çərçivəsində təşkil olunan forum “Bakı Şəhərsalma Həftəsi”nin tərkib hissəsidir, tədbir yerli və xarici tələbələrin iştirakı ilə olacaq. Praktiki sessiyalar zamanı iştirakçılar real şəhər problemlərini təhlil edərək innovativ həllər hazırlayacaq, ekspert və mentorların dəstəyi ilə bu ideyaları konkret layihə təkliflərinə çevirəcəklər. Yekun mərhələdə “Youth Urban Manifesto - Baku 2026” sənədi formalaşdırılacaq.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi 2026-cı il üzrə QHT Agentliyinin BP Azərbaycan ilə birgə qrant müsabiqəsində “İnklüziv şəhərlər üçün gənclər: WUF13-ə gedən yolda” layihəsi üzrə qalibdir.


