“Səyahət” Turizmin İnkişafına Kömək İctimai Birliyi “Yaradıcı Ekspedisiya” layihəsinin icrasını davam edir. 2026-cı il iyulun 4-də layihə çərçivəsində İçərişəhərin Qız Qalası meydanında “Gəncənin Turizm Xəzinələri” adlı açıq səma altında rəssamlıq pleneri keçirilib. İctimai Birliyin sədri Dadaş Məmmədov bildirib ki, layihənin məqsədi Azərbaycanın bölgələrinin turizm potensialını, tarixi-mədəni irsini və müasir inkişafını incəsənət vasitəsilə tanıtmaq, regionlara marağın artırılmasına və daxili turizmin inkişafına töhfə verməkdir.
Layihə çərçivəsində, həmçinin iyunun 21-də Gəncədə yaradıcı təlim təşkil olunub.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu və “Arts Council Azerbaijan”ın tərəfdaşlığı ilə həyata keçirilir.




































