ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

COP29 çərçivəsində Azərbaycan QHT-si “Millətlər Birliyi” ilə tərəfdaşlıqla 12 ölkənin iştirakı ilə yan tədbir keçirib
23 NOYABR 2024 - 11:00

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Mavi Zonada “Millətlər Birliyi”nin (“The Commonwealth”) pavilyonunda “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması: “Commonwealth” təcrübəsi əsasında” mövzusunda yan tədbir keçirilib. 
“Gender Hub Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilən yan tədbir həssas qrupların, xüsusi ilə qadınlar və gənclərin iqlim dəyişmələri ilə bağlı qarşılaşdığı çətinliklər və onların bu mübarizədə roluna həsr olunub.
Tədbirdə yerli və xarici QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, iqlim fəalları və gənc liderlərdən ibarət 12 ölkədən 35 nəfər iştirak edib. 
“Gender Hub Azerbaijan” İctimai Birliyinin sədri Məryəm Məcidovanın moderatorluğu ilə keçirilən panel müzakirəsində “M&C Consulting” şirkətinin həmtəsisçisi Giovanna Mingarelli, “Ushindi Empowerment Group” həmtəsisçisi Nafula Vafula-Gitonga, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat və GSİSD, “THE” Society International təşkilatlarının təsisçisi Qaser Navab iqlim dəyişmələrinin müxtəlif ölkələrdə qadınlar və gənclərə təsiri, bu təsirləri azaltmaq üçün yerli və beynəlxalq strategiyalar mövzusunda müzakirələr aparıblar.
Tədbirin sonunda suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir “Gender Hub Azerbaijan”ın Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsində qalibi olan layihəsi çərçivəsində icra olunub.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl