İcbari Tibbi Sığorta Agentliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lərin görüşünü təşkil edib
İcbari Tibbi Sığorta Agentliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lərin görüşünü təşkil edib.
Görüşdə İcbari Tibbi Sığorta Agentliyinin rəsmisi Aynurə Əhmədova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri Elnur Bağırlı və Rövşən Həmidov, eləcə də sağlamlığın qorunması istiqamətində fəaliyyət göstərən QHT rəhbərləri iştirak ediblər.
Görüşdə İcbari Tibbi Sığorta Agentliyinin rəsmisi A. Əhmədova təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı geniş təqdimat edib.
E. Bağırlı Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsi barədə ətraflı məlumat verib.