Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Mediasiya Şurası ilə görüş keçirilib.
27 iyul 2023cü il tarixdə Agentliyin ofisində Mediasiya şurasının rəhbərliyi və nümayəndələri ilə görüş keçirilib. Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Mediasiya Şurasının sədri Nadir Adilov, Bakıda və regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarının nümayəndələri iştirak edib.
Görüşdə birgə layihələrin icrası mexanizmləri, ailə-məişət problemlərinin həllinə ictimai dəstəyin verilməsi, əmək münasibətlərinin həlli yolları, hüquqi yardımların təşkili ilə bağlı birgə əməkdaşlıq haqda müzakirələr, eləcə də Agentliyin maliyyələşdirdiyi QHT-lərin təşkil etdiyi tədbirlərdə iştirak, maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.