ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirildi
28 IYUL 2023 - 18:00

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” icrası ilə əlaqədar “Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi”, “Dövlət orqanları (qurumları) tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı illik hesabatların hazırlanması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi”, “Dövlət xidmətlərinin təşkili prinsiplərini və qaydasını tənzimləyən, dövlət orqanları (qurumları) tərəfindən xidmətlərin göstərilməsinə dair tələbləri müəyyən edən vahid qanunun qəbul edilməsi” mövzusunda ictimai müzakirə keçirilmişdir.


Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Azər Allahverənov, Zaur İbrahimli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri Aysel İbayeva, Marketinq və ictimayyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmiş, mövzu ilə bağlı çıxışlar edilmiş, müzakirələr aparılmışdır.


Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsi üçün böyük imkanlar yaratdığını qeyd etmiş, Milli Fəaliyyət Planının bəndlərinin icrasına aidiyyəti qurumlar tərəfindən böyük səy və diqqət göstərildiyini bildirmişdir.Silsilə tədbirlərin digər dövlət qurumları ilə də davamlı olaraq təşkil ediləcəyini vurğulamışdır.


Müşahidə şurasının üzvü Azər Allahverənov və Zaur İbrahimli respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyevin tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildirmiş, ölkəmizdə son illərdə korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində əldə olunan nəticələr barədə tədbir iştirakçılarına dolğun məlumat vermişdir.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul əməkdaşları tərəfindən “Ölkədə icbari tibbi sığortanın tətbiqi: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda, eyni zamanda Agentlik tərəfindən Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırıldı.
Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı QHT- lərin sualları cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl