ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirilib
07 AVQUST 2023 - 16:00

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Elm və Təhsil Nazirliyi ilə birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 2.17, 2.4, və 1.7-ci bəndlərinin ilkin və aralıq nəticələrinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri  İsrail İsgəndərov, Günel Səfərova, İlqar Orucov, Zaur İbrahimov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Həmçinin mövzu ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.

Tədbirdə ölkəmizdə aparılan təhsil islahatları, təhsil sistemində fəaliyyətlərin elektronlaşdırılması, qeyri-hökumət təşkilatlarının aparılan islahatlarda rolu,  mövcud vəziyyət və gələcək perspektivlər mövzusunda  iştirakçılara  geniş məlumat verilib. Eyni zamanda Milli Fəaliyyət Planının aidiyyəti bəndlərinin icrası ilə bağlı görülən işlər haqqında ətraflı məlumat diqqətə çatdırılıb.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı QHT- lərin sualları cavablandırılıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl